"Real"ın azarkeşləri İspaniya La Liqasının 26-cı turunda "Xetafe"yə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra klub prezidenti Florentino Peresin istefasını tələb ediblər. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Mənbənin sözlərinə görə, oyundan sonra "Santiaqo Bernabeu" stadionunun tribunalarından "Florentino istefa ver!" şüarları eşidilib.
Qeyd edək ki, bu yenilgi "Real"ın La Liqada ardıcıl ikinci, yeni baş məşqçi Alvaro Arbeloa üçün isə 12 oyunda dördüncü məğlubiyyət olub. Bu oyundan sonra "Real" 60 xalla turnir cədvəlində ikinci yerdədir. Lider "Barselona"nın isə aktivində isə 64 xal var.