Xəbər verdiyimiz kimi, futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində yanvarın 29-da, Bakı İdman Sarayında Azərbaycan – Slovakiya oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri, oyunun qapalı məkanda keçiriləcəyi nəzərə alınaraq, görüş azarkeşlər və KİV nümayəndələri üçün qapalı təşkil olunacaq.