Futzal üzrə Azərbaycan milli komandası bu gün Avropa çempionatının final mərhələsində növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, komandamız Niderlandda təşkil olunmuş turnirdəki ikinci matçında İspaniya yığması ilə qarşılaşın.

Joze Alesio da Silvanın çalışdırdığı kollektiv AÇ-nin favoritlərindən sayılan bu rəqiblə oyunda sürprizə imza atmağa çalışaraq buna çox yaxın olub. Belə ki, millimiz hesabda 2 dəfə irəlidə olsa da, üstünlüyünü əldən verib və yekunda bərabərlik qeydə alınıb.

Bu, millimizin həm hazırkı final mərhələsində, həm də ispanlarla ümumilikdə görüşlərdə qazandığı ilk xal olub. İndi Azərbaycan qrupdan çıxmaqla bağlı şansını saxlayır. Bunun reallaşması üçün son turda Gürcüstan İspaniyanı məğlub etməli, biz isə İspaniya və Hersoqvina 5 top fərqindən yuxarı yenməliyik. Çünki ispanlar bu rəqibi ilk turda 5:1 hesabıyla üstələyib.

Xatırladaq ki, yığmamız ilk matçında Gürcüstana 2:3 hesabıyla uduzub.

 

Avropa Çempionatı
26 yanvar

23:30. İspaniya – Azərbaycan - 2:2 

Qollar: Qomes 12, Lozano, 30 - Lozano, 10 (avtoqol),  Atayev, 17
Hakimlər: Migel Kastilyo (Portuqaliya), Qabor Kovaç (Macarıstan), Petar Radoyçiç (Serbiya).
Timekeeper: Qriqori Oşomkov (Estoniya).
Qroningen, Martini Plaza.

İspaniya: Didak Plana, Ortis (k), Raul Qomes, Serxio Losano, Melyado - Xesus Errero, Borxa, Esteban Sequdo, Boyis, Katela, Sesilio, Çino, Raul Kampos

Azərbaycan: Emin Kürdov, Felipinyo, Fineo, Eduardo, Rafael Vilela, Tyaqo Bolinya, Vassura, Rizvan Fərzəliyev (k), Ramiz Çovdarov, Xətai Bağırov, İsa Atayev, Hadi Ahmadi