Çempionlar Liqasının əsas mərhələsindəki təmsilçimiz “Araz-Naxçıvan”ın heyətində dəyişiklik edilib. Sport24.az xəbər verir ki, Yüksək Liqanın IV turu çərçivəsində keçirilmiş “Xilə” ilə oyunda zədələnərək meydanı erkən tərk edən İsaq Suğalının zədəsi ciddi olduğu üçün futzalçı heyətdən kənarlaşdırılıb. Onu Tofiq Mikayılov əvəzləyəcək.

Kapitan Rizvan Fərzəliyev də zədəli olduğuna görə komanda ilə birlikdə səfərə çıxa bilməyəcək.

​Beləliklə, təmsilçimiz səfərə bu heyətlə yollanacaq: Rövşən Hüseynov, Emin Kürdov, Ramiz Çovdarov, Xətai Bağırov, İsa Atayev, Nurlan Mehdizadə, Hadi Ahmadi, Amir Şocaei, Maneka, Felipinyo, David Qustavo, Murilo Borges, Tofiq Mikayılov.