Bu gün "Araz-Naxçıvan" futzal üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində "Benfika" (Portuqaliya) ilə cavab oyununa çıxıb. Sport24.az xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabondakı "Pavilyao Fidelidade" arenasında baş tutan matç Naxçıvan təmsilçisinin 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Portuqaliya təmsilçisinin qollarını İqor de Souza (9.24-cü dəqiqə), Andre Koelho (28.57-ci dəqiqə) və Anilton Silva (34.28, 35.40-cı dəqiqələr) vurublar. "Araz-Naxçıvan"ın heyətində isə Luicci Lonqo (35.52-ci dəqiqə) və Ədalət Ələkbərov (39.40-cı dəqiqə) fərqləniblər.

 

Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edib.

 

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk matçda "Benfika" 9:0 hesablı qələbə qazanıb.

 

5 dekabr

 

21:30. "Benfika" (Portuqaliya) – "Araz-Naxçıvan" (Azərbaycan) - 4:2 (ilk oyun 9:0)