Çempionlar Liqasına hazırlaşan "Araz-Naxçıvan" növbəti transferini reallaşdırıb. Sport24.az xəbər verir ki, ölkənin dəyişməz çempionu ötən mövsümü "Neftçi" İK-nın heyətində çıxış edən Ülvi Əliyevi "rənglərinə bağlayıb".

 

25 yaşlı oyunçu yeni mövsümdə "Araz-Naxçıvan"un uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, futzalçı Azərbaycan millisinə məhz komandanın baş məşqçisi Vitali Borisovun rəhbərliyi dövründə dəvət olunub.