Formula 1-də çıxış edən “Maklaren” komandası yenidən “Honda” mühərriklərindən istifadə edə bilər. Sport24.az xəbər verir ki, bunun 2026-cı ildə reqlament dəyişikliyindən sonra reallaşacağı gözlənilir.

İndiki məqamda isə Böyük Britaniya təmsilçisi Yaponiya şirkəti ilə danışıqlara başlamaq istəyir.

Xatırladaq ki, Beynəlxalq Avtoidman Federasiyası bir neçə gün əvvəl 2026-cı ildəki çempionata “Alpin”, “Audi”, “Ferrari”, “Honda”, “Mersedes” və “Red Bull Ford” şirkətlərinin qatılacağını söyləyib. Adları çəkilən şirkətlər arasında təkcə “Honda” yalnız mühərrik istehsalçısı kimi qeydiyyatdan keçib. Yaponların “Red Bull”la anlaşacağı gözlənilsə də, avstriyalılar mühərrik istehsalçısı kimi “Ford”u seçib.