"Los-Anceles" "Bavariya"nın hücumameyilli yarımmüdafiəçisi Tomas Mülleri "rənglərinə bağlamaq" istəyir. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat paylaşıb.
Mənbənin sözlərinə görə, 35 yaşlı futbolçuya adı açıqlanmayan iki Avropa klubundan da təklif var.
Müller isə hələ də yekun qərar verməyib. O, karyerasını bitirmək barəsində düşünür.
Qeyd edək ki, Tomas "Bavariya"nın yetirməsidir. O, bu mövsüm bütün turnirlərdə 43 matçda 6 qol vurub və 6 məhsuldar ötürmə edib.