Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü karyerasını yenidən Niderlandda davam etdirə bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, 26 yaşlı yarımmüdafiəçi "De Qrafshap"a təklif olunub.

Bununla bağlı yekun qərarı klub rəhbərliyi verəcək.

Qeyd edək ki, Mayın 3-də Finlandiyanın HİK klubu ilə yollarını ayıran Ozan Can Kökçü daha əvvəl Niderlandda "Valveyk", "Telstar" və "Eyndhoven" komandalarının formasını geyinib.