"Nyukasl"ın müdafiəçisi Tino Livramento karyerasını "Mançester Siti"də davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, 22 yaşlı ingilis yay "transfer pəncərəsi"ndə "şəhərlilər"in düşərgəsinə yollanacaq.
Qeyd edək ki, Livramento 2023-cü ilin yayında "Sauthempton"dan "Nyukasl"a keçib. Müdafiəçi "Çelsi"nin yetirməsi olan müdafiəçi bu mövsüm o, bütün turnirlərdə 43 oyun keçirib, bir məhsuldar ötürmə edib.
Transfermarkt portalı futbolçunun bazar dəyərini 35 milyon avro qiymətləndirir. Onun "Nyukasl"la müqaviləsi 2028-ci ilin yayına qədərdir.