Formula 1-də çıxış edən “Uilyams”ın ardınca “Maklaren” komandası da yeni mövsümdə istifadə edəcəyi bolidi icitamiyyətə təqdim edib. Sport24.az xəbər verir ki, yeni yarış avtomobili “MCL60” adlanır.

Qeyd edək ki, ötən mövsüm “Maklaren” Mühəndislər Kubokunda 159 xalla 5-ci yeri tutub. Bu mövsüm Böyük Britaniya komandasını yerli pilot Lando Norrislə avstraliyalı Oskar Piastri təmsil edəcək. Piastri ötən ilin sonunda komandadan ayrılan həmyerlisi Daniel Rikkiardonu əvəzləyəcək.