Formula 1-də debüt edəcək komandalar üçün tələb olunan üzvlük məbləğinin həcmi artırıla bilər. Sport24.az xəbər verir ki, Avropa mətbuatının məlumatına görə, çempionatda iştirak edən 10 komanda bunda maraqlıdı.

Hazırkı reqlamentə əsasən, debütant komanda iştirak üçün 200 milyon dollar ödəməlidir. Bu məbləğin 600 milyon dollara qədər yüksələcəyi gözlənilir.

Əslində, buna məhz indi cəhd edilməsi heç də səbəbsiz deyil. Bir müddət əvvəl Formula 1-də mübarizə aparan “Alfa Tauri” komandasının satışa çıxarılması ilə bağlı məlumatlar yayılmışdı. “Red Bull”a məxsus bu komandanı isə Andretti ailəsi almaq istəyir. Amma Formula 1 rəhbərliyi Andrettiləri öz sıralarında görmək istəmir. Məhz üzvlük haqqının artırılması ilə amerikalı funksionerlərin qarşısında süni əngəl yaratmaq istəyirlər.