İtaliyanın "Cenoa" klubunun futbolçusu Ruslan Malinovski karyerasını Türkiyədə davam etdirəcək. Sport24.az xəbər verir ki, ukraynalı yarımmüdafiəçi "Trabzonspor"la anlaşıb.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Malinovski azad agent kimi A Seriyası klubundan ayrılacaq və Super Liqa təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq.
Malinovski bu mövsüm 34 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.