"Birinci Liqada çempion olub, elitaya vəsiqə qazanmaq qürurverici hisslərdir". Bu sözləri Sport24.az-a açıqlamasında I Liqaya vəsiqə qazanan "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli deyib.

Mütəxəssis komandasının çempionluq olması ilə bağlı təəssüratlarını bölüşüb:

"Çempionluq yolunda əməyi keçən hər kəsə təşəkkür edirəm. Mövsüm bizim üçün uğurlu alındı. İlk turdan etibarən birinci pillənin sahibi olduq və sonda hədəfimizə çata bildik. Ümumi götürdükdə çempionat gərgin keçdi. Çünki komandalar keyfiyyət baxımından daha da gücləniblər. Bunun əsas səbəbi Premyer Liqadan Birinci Liqaya xeyli sayda futbolçunun üz tutması və klubların daha keyfiyyətli legioner futbolçular transfer etməsidir. Uzun marafonda əsas məsələ sabitliyi qoruya bilməkdir. İlk turdan etibarən liderliyimizi qorumuşuqsa, deməli, işimizin öhdəsindən daha yaxşı gələ bilmişik. Premyer Liqada hədəfimiz nə olacaq? Bu barədə hələ konkret qərar verilməyib. Rəhbərlik çempionluğun rəsmiləşməsini gözləyirdi. Yəqin ki, bu gündən etibarən növbəti mövsümlə bağlı müzakirələr olacaq".

Qeyd edək ki, "Şəfa" sona 1 tur qalmış ən yaxın izləyicisi "Səbail"i qabaqlayıb və çempionluğunu rəsmiləşdirib. Bununla da komanda Misli Premyer Liqasına vəsiqə qazanıb.