"Kəpəz" klubunda baş məşqçi Azər Bağırovla bağlı qərar verilib. Sport24.az bu barədə Gəncə təmsilçisinə yaxın olan mənbədən məlumat əldə edib.
Klub rəhbərliyi ilə mütəxəssis arasında danışıqlar müsbət yekunlaşmayıb. Onlar yeni müqavilə ilə bağlı razılığa gələ bilməyiblər. Bu posta kimin gələcəyi isə hələlik bəlli deyil.
Azər Bağırov 33-cu turda, "Neftçi" ilə oyunda komandaya rəhbərlik edəcək və bu, onun komandada sonuncu oyunu olacaq.