"Aston Villa" "Mançester Yunayted"in hücumçusu Markus Reşfordun xidmətində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, La Liqada çempionluğu bayram etdikdən sonra "Barselona"nın diqqəti növbəti mövsüm üçün heyətini qurmağa yönəlib. Klub hələ də Markus Reşford kimi bəzi oyunçuların gələcəyini dəqiqləşdirməlidir. "Barselona" 30 milyon avroluq sərbəst qalma bəndini nəzərə alaraq futbolçunun transferini gerçəkləşdirmək barədə düşünür.
Kataloniya təmsilçisinə o da məlumdur ki, Unai Emeri hücumçunu "Aston Villa"da görmək istəyir. Reşford karyerası ərzində artıq yarım mövsüm Emerinin rəhbərliyi altında keçirib. Söylənilənlərə əsasən hücumçu özü isə "Barselona"da qalmaq istəyir.
"Barselona"nın Reşfordun müqavilədə əksini tapan sərbəst qalma bəndini aktivləşdirmək üçün iyunun 15-nə qədər vaxtı var.
Qeyd edək ki, "Aston Villa" növbəti mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq. Reşford bu mövsüm 48 matçda 14 qol vurub və 14 məhsuldar ötürmə edib.