Kiprin AEL klubunda çıxış edən isveçli hücumçu Zakaria Savo karyerasını "Qarabağ" klubunda davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb.

Bildirilib ki, 26 yaşlı futbolçu hazırda AEL-in formasını geyinsə də, müqavilə ilə "Dyuqarden" klubuna məxsusdur və mövsümün sonunda İsveç təmsilçisindən ayrılacaq.

Mənbənin məlumatına görə, Ağdam klubu futbolçunun transferi ilə bağlı danışıqları yekunlaşdırmaq üzrədir. Tərəflər arasında razılığın yaxın günlərdə əldə olunacağı gözlənilir.