"Ayaks" "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegenlə müqavilə imzalamaqda maraqlıdır. Sport24.az "Voetbal International"a istinadən xəbər verir ki, Niderland nəhəngi yanvardan bəri "Jirona"da icarədə olan 34 yaşlı təcrübəli qapıçını heyətinə cəlb etmək istəyir.

 

Mənbənin sözlərinə görə, "Ayaks" həmçinin Kataloniya təmsilçisinin digər qapıçısı, "Elçe"də icarə əsasında çıxış edən İnyaki Penyanı da izləyir. Vurğulanır ki, "Barselona" ter Ştegen və ya Penyaya ümid bəsləmir.

 

Qeyd edək ki, Ter Ştegenin Kataloniya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalındakı məlumata görə, onun bazar dəyəri 4 milyon avrodur.