Misli Premyer Liqasının 32-ci turunda bu gün keçiriləcək "Şamaxı" - "Turan Tovuz" oyunu komandaların ölkə çempionatında 11-ci dueli olacaq. port24.az xəbər verir ki, əvvəlki 10 qarşılaşmanın 5-də Tovuz klubu, 1-də hazırkı meydan sahibləri qələbə qazanıb. 4 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də Qərb təmsilçisinin üstünlüyü var - 13:10.
"Turan Tovuz" çempionatdakı son 8 görüşdə bu rəqibinə uduzmayıb. "Şamaxı"nın yeganə qalibiyyəti 2022-ci ildə, noyabrın 4-də qeydə alınıb - 3:1.
Qeyd edək ki, bu gün keçiriləcək oyun saat 17:00-da başlayacaq.