"Udineze" digər klubların maraq göstərəcəyi təqdirdə, yarımmüdafiəçi Artur Atta üçün 40 milyon avro tələb etmək niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, "Udineze" başqa klubların maraq dairəsinə düşən 22 yaşlı fransız futbolçunu qış "transfer pəncərəsi"də heç hara buraxmaq istəmir.
Qeyd edək ki, Atta 2025/26 mövsümündə 12 matçda iki qol vurub və iki məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatır.