Aktyor Rayan Reynolds "Rekshem"in İngiltərə Premyer Liqasında çıxış etməsini istəyir. Sport24.az xəbər verir ki, o, bu barədə "BBC"yə açıqlama verib.

Aktyor 2021-ci ildə həmkarı Rob Makelhenlə birgə İngiltərə V Divizionunda çıxış edən klubu alıb. İndi onlar komandanın ölkənin əsas liqasında çıxış etməsi üçün çalışırlar: "Bu, ailəmdən sonra həyatımın ən yaxşı təcrübəsidir. Layihə qarşıdakı 10 ili əhatə edəcək. Hər şey, sadəcə, sehrlidir. Əsas məqsədimiz Premyer Liqada iştirak etməkdir. Niyə də olmasın?".