"Əl Nəsr" futbolçusu Kriştiano Ronaldo ilə yeni müqavilə imzalamağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Xəbərdə Səudiyyə Ərəbistanı təmsilçisinin portuqaliyalı hücumçu ilə 2 illik müqavilə üçün razılaşdığı bildirilib.
40 yaşlı futbolçu 2023-cü ilin sonundan "Əl Nəsr"də çıxış edir. O, 99 oyunda 90 qol vurub, 19 məhsuldar ötürmə edib.