"Napoli" yay "transfer pəncərəsi"ndə hücumçu Romelu Lukaku ilə yollarını ayırmağa hazırdır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, İtaliya klubu 33 yaşlı belçikalı üçün 10 milyon avroya qədər təklifləri nəzərdən keçirməyi düşünür.
Bir müddət əvvəl "Napoli" rəhbərliyi oyunçunun agenti Federiko Pastorello ilə görüşüb və danışıqlardan sonra tərəflər əməkdaşlığı davam etdirməmək qərarına gəlib. Bundan əlavə, klub Lukakuya maaşının azaldılmasını təklif etsə də, hücumçu təklifi rədd edib.
Qeyd edək ki, hücumçu ötən mövsüm bütün turnirlərdə beş oyun keçirib və bir qol vurub. Mediada Lukakunun "Atlanta Yunayted"ə keçə biləcəyi bildirilir.