Millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" Türkiyə Super Liqasının XXV turu çərçivəsində növbəti oyununa çıxıb.

Sport24.az xəbər verir ki, komanda səfərdə "Trabzonspor"la qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Renat oyuna 74-ci dəqiqədə daxil olub.

Qeyd edək ki, "Hatayspor" 28 xalla 14-cü pillədə qərarlaşıb.