"Real" rəhbəriyi yarımmüdafiəçilər Federiko Valverde və Ourelien Tçuamenini intizam qaydalarını pozduqlarına görə 500.000 avro cərimələyib. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, hər iki oyunçu klubdan, komanda yoldaşlarından, məşqçilər heyətindən və azarkeşlərdən üzr istəyib və klubun məqsədəuyğun hesab etdiyi istənilən sanksiyanı qəbul etməyə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, iki gün öncə Valverde və Tçuameni məşqdə dalaşıb və nəticədə uruqvaylı xəstəxanaya yerləşdirilib. Səhər məşqindən əvvəl Federiko fransızın əlini sıxmaqdan imtina edib. Valverdenin məşq zamanı Tçuameniyə qarşı aqresiv hərəkətlərindən sonra fransız onu vurub.