Misli Premyer Liqasının 31-ci turunun ikinci oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı komandası "doğma divarlar" arasında "Araz-Naxçıvan"ı qəbul edir.

 

Hər iki komanda üçün bu oyun formal xarakter daşıyır. Yeganə istisna hal kimi kimin mövsümü daha üst pillədə başa vurmasını qabartmaq olar. Hazırda aktivində 40 xal olan naxçıvanlılar turnir cədvəlinin 6-cı, "kimyaçılar" isə 38 xalla 7-ci pilləsində qərarlaşıb. Meydan sahibləri bu gün qalib gələcəyi halda "qırmızı-ağlar"la turnir cədvəlində yerini dəyişəcək.

 

Qeyd edək ki, tura sabah keçiriləcək "Turan Tovuz" - "Karvan-Yevlax", "Neftçi" - "Şamaxı" matçları ilə yekun vurulacaq.

 

Misli Premyer Liqası

III dövrə, XXXI tur

19:30. "Sumqayıt" - "Araz-Naxçıvan"

Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Cavid Cəlilov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Namiq Əliyev
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.