Misli Premyer Liqasının oyunlarını idarə edən Fərid Hacıyev artıq iki aydır çempionat matçlarına baş hakim kimi təyinat almır. Sport24.az məsələ ilə bağlı apardığı araşdırma zamanı səbəbi dəqiqləşdirib.

Məlum olub ki, Hacıyev bəzi həmkarları kimi AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun "qara siyahı"sına düşməyib.

Belə ki, referinin martın əvvəlindən etibarən təyinat almamasının səbəbi zədə ilə bağlıdır. Ciddi zədə alan ədalət təmsilçisi baş hakim kimi mövsümü vaxtından əvvəl başa vurub.

Hazırda Fərid Hacıyev yalnız VAR hakim kimi təyinatlar alır.