Bu gün Misli Premyer Liqasında 31-ci turun növbəti oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

 

Günün ilk görüşü Qəbələdə keçiriləcək. Bölgənin eyniadlı təmsilçisi "Qarabağ"la üz-üzə gəlir. Qonaqlar ikincilik uğrunda mübarizə aparır və böyük ehtimalla sonda istəyinə çatacaq. Meydan sahibləri isə elitada yerini qorumağa çalışır. "Kəpəz" dünən "Sabah"ı məğlub etməklə "qırmızı-qaralar"dan bir qədər aralandı. Artıq "Qəbələ" ilə Gəncə təmsilçisi arasında xal fərqi 7-yə çatıb. Bu gün məğlub olacağı təqdirdə  Kaxaber Tsxadadzenin yetirmləri elitada yerini qorumaq üçün pley-off oynamalı olacaq.

 

Qeyd edək ki, matçın start fiti saat 17:00-da səslənəcək.

 

Misli Premyer Liqası

III dövrə, XXXI tur

17:00. "Qəbələ" - "Qarabağ" 

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elman Musayev
Qəbələ. Şəhər stadionu.