Bolqarıstan çempionatında 33-cü turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun çıxış etdiyi "Arda" səfərdə Plovdiv "Lokomotiv"inin qonağı olub.

 

Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

 

"Lokomotiv" (Plovdiv) - "Arda" - 2:0
Qollar
: İdriz, 55, Zvarts 81

 

Cəlal Hüseynov da bu matçın iştirakçısı olub. Meydana start heyətində çıxan həmyerlimiz görüşü əvəzolunmadan keçirib. O, 88-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. 

 

Qeyd edək ki, hazırda "Arda" 45 xalla 7-ci, "Lokomotiv" isə 52 xalla 5-cidir.