İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Ötən ayın ən yaxşısı "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola seçilib. "Mançester Siti" son bir ayda 3 oyun keçirib, hamısında qalib gəlib.
"Şəhərlilər" hazırda İngiltərə çempionatının turnir cədvəlində 34 oyundan sonra 71 xalla 2-ci yerdədirlər. Lider "topçular"la xal fərqi 5-ə bərabərdir, lakin Qvardiolanın komandasının ehtiyatda bir oyunu var.