"Barselona"nın yarımmüdafiəçisi Dani Olmo La Liqanın 35-ci turunun "Real"la matçı barədə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, ispaniyalı futbolçu aqressiv oyun gözlədiklərini deyib:
"Aydındır ki, "Real" çempionluğu onların gözü qarşısında qeyd etməyimizi istəmir. Onların itirəcək bir şeyləri yoxdur. Ona görə də aqressiv oyun gözləyirik. Rəqib qələbə qazanmaq üçün əlindən gələni edəcəklər".
Qeyd edək ki, mövsümün sonuncu "El Klasiko"su bazar günü "Kamp Nou" stadionunda baş tutacaq və Bakı vaxtı ilə 23:00-da start götürəcək. Kataloniyalılara La Liqa çempionluğunu vaxtından əvvəl qazanmaq üçün heç-heçə etmək kifayətdir.