"Komo"nun baş məşqçisi Sesk Fabreqas İngiltərə Premyer Liqasının iki klubundan aldığı təklifi geri çevirib. Sport24.az xəbər verir ki, bu barə "La Gazetta dello Sport" məlumat yayıb. 

 

Bir müddət əvvəl mətbuatda Fabreqasın "Çelsi"ni çalışdırmadan imtina etdiyi barədə xəbərlər yayılmışdı. İspaniyalı mütəxəssis növbəti mövsümdə də İtaliya klubunun "sükanı arxasında" olacaq. 

 

Qeyd edək ki, Fabreqas "Komo"nun gənclər komandasının məşqçiliyindən əsas komandaya yüksəlib. Onun italyanlarla müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir. "Komo" hazırda A Seriyasında altıncı yerdədir.