"Jirona"nın məşqçisi Miçel "Ayaks"ın baş məşqçisi postuna əsas namizəddir. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Amsterdam klubu əvvəlcə Arne Slotla ortaq məxrəcə gəlməyi düşünürdü. Ancaq sonradan klub rəhbərliyini fikirini dəyişib. Hər hansı bir çətinlik yaranacağı təqdirdə "Ayaks"ın da qısa siyahısında daha üç namizəd var. "Jirona" artıq məşqçinin gedişinə hazırlaşır və 50 yaşlı məşqçinin özü alternativləri nəzərdən keçirir.
Qeyd edək ki, "Ayaks" mövsümə Con Heytinqa ilə başlasa da, noyabr da onun yollar ayırlıb. Klubun akademiyasının məşqçisi Fred Qrim qısa müddətə komandaya rəhbərlik etsə də, martda "sükan arxasına" Oskar Qarsiya dəvət olunub.