İspaniyalı mütəxəssis Unay Emeri məşqçi karyerası ərzində altıncı dəfə avrokuboklarda final oynayacaq. Sport24 xəbər verir ki, onun rəhbərlik etdiyi "Aston Villa" Avropa Liqasında yarımfinalda "Nottingem Forest"i məğlub edərək (4:0) həlledici görüşə vəsiqə qazanıb.

 

Emeri avrokuboklarda altı final görən beşinci məşqçidir. Daha əvvəl Karlo Ançelotti, Covanni Trapattoni, Aleks Ferqyuson və Joze Mourinyo bunu bacarıb.

 

"Aston Villa" finalda mayın 20-da Almaniyanın "Frayburq" komandası ilə qarşılaşacaq.