"Sumqayıt" Minifutbol Klubu fəaliyyətini dayandırıb. Sport24.az xəbər verir ki, bu barədə "kimyaçılar"ın mətbuat xidməti məlumat yayıb.

 

"Maliyyə problemləri və sponsor dəstəyinin olmaması səbəbindən" Sumqayıt" Minifutbol Klubu fəaliyyətini dayandırır. Klubumuz Avropa Liqasına vəsiqə qazanmasına baxmayaraq, maddi çətinliklər səbəbindən turnirdə iştirakdan imtina etməli oldu. 8 illik fəaliyyətimiz boyunca Sumqayıtı layiqincə təmsil etdik, minifutbola futbolçular yetişdirdik, böyük ailəyə çevrildik və ölkənin ən güclü klublarından biri olduq. Klubun təsisçisi və rəhbəri Nicat Ələsgərov, ən uğurlu və sonuncu baş məşqçisi isə Nicat Məhərrəmov olmuşdur.

 

Bu illər ərzində klubumuz üçün əziyyət çəkən bütün futbolçulara, məşqçilərə və işçi heyətinə sonsuz təşəkkür edirik".