16 yaşadək qızlardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzub. Sport24.az xəbər verir ki, komanda Rumıniyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə görüşdə 1:7 hesabı ilə uduzub.

 

Daha əvvəl yığma Litvaya 1:4 hesabı ilə məğlub olmuşdu.

 

Görüşlər Binə stadionunda keçirilir.

 

Xatırladaq ki, U-16 mayın 11-də, saat 12:00-da Gürcüstan komandası ilə üz-üzə gələcək.