"Vilyarreal" "Rayo Valyekano"nun baş məşqçisi İniqo Peresi "sükan arxasına" dəvət etməyi planlaşdırır. Sport24.az AS nəşrinə istinadən xəbər verir ki, "sarı sualtı qayıq" 38 yaşlı mütəxəssisi bu vəzifəyə əsas namizəd kimi görür.
mənbənin sözlərinə görə, Peres təklifə isti yanaşır və "Vilyarreal"da işləməyə razıdır. Lakin məşqçi danışıqları yaya qədər təxirə salıb. Hazırda İniqo bütün fikirini "Rayo Valyekano" ilə Konfrans Liqasının finalına yönəldib.
Qeyd edək ki, "Vilyarreal" bir müddət əvvəl baş məşqçi Marselino Toralın mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı. Onun rəhbərliyi altında "sualtı qayıq" La Liqada üçüncü yerdədir və artıq qarşıdakı mövsüm üçün Çempionlar Liqasında iştirak edəcəyi dəqiqləşib.