FİFA-nın "Neftçi"yə tətbiq etdiyi transfer qadağası aradan qaldırılıb. Bu barədə Sport24.az-a paytaxt təmsilçisindən məlumat verilib.
 

Bildirilib ki, artıq "ağ-qaralar"ın heç bir borc öhdəliyi yoxdur.

 

Qeyd edək ki, "Neftçi" Alesio Kurçinin transferinə görə ödəməni gecikdirdiyi üçün FİFA-nın 3 transfer pəncərəsi dönəmi qadağası ilə üzləşmişdi.