İngiltərənin "Çelsi" futbol klubunun sabiq baş məşqçisi Enzo Mareskanın komandadan ayrılmasının səbəbləri məlum olub. Sport24.az xəbər verir ki, BBC Sport-a istinadən yayılan məlumatda italiyalı mütəxəssisin London klubundan gedişinin üç əsas səbəblə bağlı olduğu bildirilib.

 

Mareska rəhbərliklə transfer planları ilə bağlı razılığa gəlməyib. Onu komandanın heyət quruculuğu məsələsində kifayət qədər söz sahibi olmaması narahat edib. Daha əvvəl "The Guardian" da Mareskanın klub strukturu daxilində transferlərə daha çox təsir imkanı istədiyini, "Çelsi" rəhbərliyinin isə mövcud idarəetmə modelini dəyişmək niyyətində olmadığını yazıb.

 


İtaliyalı mütəxəssisi narazı salan ikinci məqam əməkhaqqı ilə bağlı olub. Məlumatda onun maaş məsələsində klub rəhbərliyi ilə fikir ayrılığı yaşadığı qeyd edilib. Üçüncü səbəb isə tibbi departamentin futbolçuların oyunlarda iştirakı ilə bağlı qərarlara təsiri olub. Mareska bunu öz işinə müdaxilə kimi qiymətləndirib.