İtaliyada A seriyasını vəsiqə qazanan daha bir komanda məlum olub. Sport24.az xəbər verir ki, bu, B Seriyasının son turunda evdə "Mantova"nı 5-0 hesabı ilə məğlub edən "Frozinone" olub.
Şəhərin eyniadlı təmilçisi 81 xalla mövsümü ikinci pillədə başa vurub.
"Frozinone" sonuncu dəfə A Seriyayasında 2023/24 mövsümündə oynamışdı. Komanda 18-ci yeri tutaraq aşağı diviziona düşmüşdü.
Qeyd edək ki, daha əvvəl "Venesiya" A Seriyasına vəsiqəni təmin etmişdi. Bu arada, "Piza" və "Verona"nın elitanı tərk edəcəyi dəqiqləşib.