Almaniya ikinci Bundesliqasında 33-cü turun oyunları keçirilir. Sport24.az.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin formasını geydiyi "Kayzerslautern" öz meydanında "Arminiya Bilfeld"i qəbul edib.
Son 3 turda xal qazana bilməyən Mahirin komandası bu görüşdə qələbə həsrətinə son qoyub.
"Kayzerslautern" - "Arminiya Bilfeld" - 2:0
Qollar: Ritter, 15-pen., Asta, 29
Mahir də bu görüşün iştirakçısı olub. Matça ehtiyat oyunçular skamyasından başlayan Emreli, 65-ci dəqiqədə Norman Bassettenin əvəzinə meydana çıxıb. Bununla da təcrübəli forvard 4 turdan sonra meydana qayıdıb. Emreli sonuncu dəfə aprelin 4-də "Düsseldorf"la görüşdə forma geymişdi.
Bu qələbə sayəsində xallarının sayını 49-a çatdıran "Kayzerslautern" turnir cədvəlində 6-cı pilləyə yüksəlib.