"Sportinq" Portuqaliya çempionatının 31-ci turunda "Boavişta"nı məğlub edib – 5:0. Sport24.az xəbər verir ki, Lissabon təmsilçisinin qollarını Viktor Qyökereş (4) və Maksimilian Arauxo vurub.
Poker edən Qyökereş bu il çempionatda 38 qol vurub. O, Avropa liqalarında ən çox fərqlənən futbolçudur və "qızıl buts"u qazanmağa yaxındır.