Futbol üzrə Ukrayna Premyer Liqasında 2021/22 mövsümünə start verilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Veres”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Nuriyev də bu görüşün iştirakçısı olub. O, 58-ci dəqiqədə meydana buraxılıb.