"Çelsi"nin hücumçusu Nikolas Cekson "Bavariya"ya keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plattenberq sosial şəbəkə hesabında məlumat yayıb.

 

Seneqallı futbolçu icarə əsasında Almaniya klubunun formasını geyinəcək. Klublar artıq bu barədə razılığa gəliblər. Almaniya klubu Nikolasın maaşını qarşılayacaq.

 

Qeyd edək ki, Cekson ötən mövsüm Premyer Liqada 30 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.