Denzel Dumfiris zədə səbəbindən "Milan"la oyunu buraxa bilər. Sport24.az xəbər verir ki, bu barədə "La gazetta dello sport" məlumat yayıb.

 

"İnter"in tibbi personalı Niderland millisinin də formasını geyinən müdafiəçini həftənin sonuna qədər hazır vəziyyətə gətirməyə çalışır. 29 yaşlı futbulçu XI turda "Latsio"ya qarşı oyunda topuğundan zədə alıb.

 

Qeyd edək ki, 11 turdan sonra aktivində 24 xal olan "İnter" turnir cədvəlinin zirvəsində qərarlaşıb. "Milan" isə 22 xalla ilk "üçlüy"ü tamamlayır.