"Brentford"un hücumçusu Brayan Mbeumo karyerasını başqa klubda davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 25 yaşlı kamerunlu ilə "Mançester Yunayted" maraqlanır. "Mankunianlar" hücumçu üçün 65 milyon avro ödəməyə hazırdır.

 

Qeyd edək ki, Mbeumo bu mövsüm bütün turnirlər nəzərə alınmaqla ümumilikdə 41 oyun keçirib, 19 qol vurub və 9 məhsuldar ötürmə edib.