"Mançester Yunayted" yayda heyətdə böyük "təmizləmə" aparmağa hazırlaşır. Sport24.az xəbər verir ki, klub həm maliyyə balansını düzəltmək, həm də uğursuz gedişata son qoymaq üçün 13 oyunçusu ilə yollarını ayıra bilər.

 

Siyahıda Markus Raşford, Kasemiro, Rasmun kimi ulduzlar var. Xüsusilə, böyük məbləğə alınan Hoylund zərərlə "Napoli"yə satılacağı, Ceydon Sançonun isə azad agent kimi gedəcəyi gözlənilir. Qapıçı xəttində isə Andre Onana və Altay Bayındırın gələcəyi sual altındadır.

 

Qeyd edək ki, ​Son 10 ildə Premyer Liqa çempionluğuna həsrət qalan və 9 məşqçi dəyişən "qırmızı şeytanlar", bu kütləvi satışlarla yeni bir dövrə başlamaq niyyətindədir. Məqsəd böyük maliyyə itkilərinə baxmayaraq, daha rəqabətədavamlı komanda qurmaqdır.