"Mançester Siti" futbolçusu Yoşko Qvardiol ilə müqaviləni uzadacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

 

Tərəflər arasında bir müddətdir davam edən danışıqlar müsbət yekunlaşıb.

 

Qvardiolla yeni anlaşmanın müddəti 2031-ci ilin yayına kimi olacaq.

 

Qeyd edək ki, xorvatiyalı müdafiəçi başa çatan mövsümdə Premyer Liqada 18 oyunda 2 qol vurub.