DÇ-2026-da ilk baş məşqçi ayrılığı gerçəkləşib. Sport24.az xəbər verir ki, İsveçə məğlub olan Tunis yığmasının çalışdırıcısı Sabri Lamuşi vəzifəsindən ayrılıb.
Bu barədə jurnalist Romen Molina məlumat yayıb.
1:5 hesabıyla bitən matçdan sonra federasiya nümayəndələri ilə məşqçi arasında təcili görüş keçirilib. Lamuşi bundan sonra istefa qərarı verib.
Tunis yığması F qrupunda İsveçlə yanaşı, Niderland və Yaponiya ilə mübarizə aparır.