"Vulverhempton"un yarımmüdafiəçisi Juan Qomes karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Qalatasaray" braziliyalı futbolçunu transfer etmək istəyir.

 

Bu barədə "Sabah" nəşri məlumat yayıb.

 

İngiltərə klubu 25 yaşlı oyunçu üçün Türkiyə çempionundan 40 milyon avro tələb edir.

 

Qeyd edək ki, "Vulverhempton" Juan Qomesi 2023-cü ilin yanvarında "Flamenqo"dan 18,7 milyon avroya transfer edib. Braziliya millisinin üzvü 2025/26 mövsümündə Premyer Liqada meydana çıxdığı 35 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.